Kazemiro ticarət mərkəzi açdı, bu adı qoydu

Kazemiro ticarət mərkəzi açdı, bu adı qoydu
XƏBƏR 10 Aprel 2023 / 15:30 123997
-  A +

"Real"ın sabiq futbolçusu, hazırda "Mançester Yunayted"də çıxış edən Kazemiro vətəni Braziliyada ticarət mərkəzi açıb.

Qol.az xəbər verir ki, mərkəz oyunçunun doğma şəhəri Sao Xose dos Kamposdadır. O, ticarət mərkəzinə "Madrid Open Mall" adını verib.

Bu, şəhərin qərb hissəsindəki ilk açıq ticarət mərkəzidir. Burada 15 mağaza, 60 pulsuz dayanacaq var. Ticarət mərkəzinin ölçüsü isə 5 min kvadratmetrdir. Bu mərkəzdə 150-yə yaxın insan üçün iş yeri yarandığı bildirilib.

Daha çox


Son xəbərlər
topaz banner