Runi Eva Azərbaycanda rekorda imza atdı

Runi Eva Azərbaycanda rekorda imza atdı
XƏBƏR 10 Aprel 2023 / 11:00 3478
-  A +

“Turan Tovuz”un futbolçusu Runi Eva Misli Premyer Liqasında son 8 mövsümün rekorduna imza atıb.

Qol.az xəbər verir ki, o, 2015-ci ildən sonra bir çempionatda ən çox qol vuran afrikalı legioner olub.

Kamerunlu hücumçu cari mövsümdə 12-ci dəfə fərqlənib. O, 29-cu turda “Şamaxı” ilə ev qarşılaşmasında rəqib qapısına yol tapıb.

Afrika təmsilçisinin daha çox qol vurması sonuncu dəfə 2014/15 mövsümündə yaşanıb. Həmin vaxt AZAL-da çıxış edən konqolu Freddi Mombonqo 13 dəfə rəqib qapısına yol tapıb.

Sonrakı 8 ilin rekordu isə İbrahima Vadjiyə məxsus idi. “Qarabağ”ın seneqallısı ötən çempionatda 11 dəfə fərqlənib. (PFL)

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner