"Klubu 2,5 milyard avroya satmaqdan imtina etdim"

"Klubu 2,5 milyard avroya satmaqdan imtina etdim"
XƏBƏR 10 Aprel 2023 / 10:27 2393
-  A +

"Napoli"nin prezidenti Aurelio De Laurentis klubu satmağı düşünmədiyini açıqlayıb.

Qol.az "İtalian Football TV"yə istinadən xəbər verir ki, o, sərfəli təklifdən imtina etdiyini bildirib.

“Klubun qiymətinin nə qədər olduğunu belə bilmirəm. Bu, ailəyə məxsusdur, satmaq fikrində deyiləm. Klubu satsam nə etməliyəm? İngiltərə Premyer Liqasında komanda almalıyam? Keçən il Ərəb Fondu mənə 2,5 milyard avro təklif etdi, amma imtina etdim" - deyə o bildirib.

Qeyd edək ki, hazırda “Napoli” A Seriyasında 74 xalla liderdir. O, ən yaxın izləyicisi “Latsio”nu 16 xal qabaqlayır.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin

Daha çox


Son xəbərlər
topaz banner