Mbappe Messinin qalmasını istəyir

Mbappe Messinin qalmasını istəyir
XƏBƏR 9 Aprel 2023 / 15:24 2027
-  A +

PSJ-nin hücumçusu Kilian Mbappe müqaviləsi mövsümün sonunda başa çatacaq komanda yoldaşı Lionel Messinin klubdan ayrılmasını istəmir.

Qol.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb.

Parislilərin rəhbərliyi də 35 yaşlı argentinalı ilə müqavilənin uzadılmasına ümidlərini saxlayır. Lakin klub anlayır ki, bunu etmək hər gün daha da çətinləşir. Çünki “Barselona” futbolçunu komandaya qaytarmaq istəyir və buna görə də onunla danışıqlara başlayıb.

Lionel Messi 2021-ci ilin yayında azad agent kimi PSJ-yə keçib. Komandanın heyətində 68 matçda 30 qol vuran hücumçu 33 qolun ötürməsini verib. Forvard 2004-2021-ci illərdə "Barselona"da oynayıb.


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner