Azərbaycan gimnastları qızıl və gümüş medal qazandılar

Azərbaycan gimnastları qızıl və gümüş medal qazandılar
XƏBƏR 9 Aprel 2023 / 12:22 639
-  A +

Azərbaycan gimnastları beynəlxalq arenalarda uğurlu çıxışlarını davam etdirirlər.

Qol.az xəbər verir ki, akrobatika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiridən ibarət qadın qrupumuz Belçikanın Purs şəhərində (Antverpen) keçirilən “Flanders Acro Cup” beynəlxalq turnirində qarışıq hərəkətlər proqramında qızıl medala layiq görülüblər. Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük isə eyni şəhərdə keçirilən dünya kubokunda qarışıq hərəkətlər proqramında gümüş medala yiyələnib.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner