Markinyos üçün əlamətdar oyun

Markinyos üçün əlamətdar oyun
XƏBƏR 9 Aprel 2023 / 11:57 1190
-  A +

Liqa 1-in 30-cü turunda "Nitsa" ilə matç PSJ-nin futbolçusu Markinyos üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, o, parislilərin heyətində meydana çıxmaqla 400-cü matçını keçirib.

Markinyos nailiyyəti ilə bağlı danışıb. O, bu sözləri deyib: “PSJ həmişə mənə, azarkeşlərə və bu klubdakı hər kəsə minnətdarlığını bildirib. Mən Parisdə çox xoşbəxtəm".

28 yaşlı braziliyalı 2013-cü ildən PSJ-də çıxış edir. O, komandanın tarixində keçirdiyi oyunların sayına görə 3-cüdür. Müdafiəçi bu mövsüm bütün turnirlərdə 37 oyuna çıxıb, 2 qol vurub.


Son xəbərlər
topaz banner