"Real"a qalib gəldiklərinə görə "Barselona"dan təbrik aldılar

"Real"a qalib gəldiklərinə görə "Barselona"dan təbrik aldılar
XƏBƏR 9 Aprel 2023 / 10:59 3575
-  A +

"Barselona" futbolçuları "Real"ın La Liqanın 28-ci turunda "Vilyarreal"la oyundakı (2:3) məğlubiyyətinə seviniblər.

Qol.az xəbər verir ki,bu barədə AS məlumat yayıb. Görüşün sonunda Kataloniya klubunun komanda söhbət qrupuna “Real”ın uduzması ilə bağlı çoxlu sevindirici mesajlar gəlib.

O da qeyd olunur ki, “Vilyarreal”ın bəzi futbolçuları “Barselona”nın futbolçularından təbrik alıb. 

"Real" hazırda 59 xalla turnir cədvəlinin 2-ci pilləsindədir. Komanda lider "Barselona"dan 12 xal geri qalır. Kataloniya klubu isə 1 oyun az keçirib.


Qarabağ FK
Son xəbərlər
20.09.26  01:14

Rafinyadan het-trik

topaz banner