Messi Ronaldonu qabaqladı

Messi Ronaldonu qabaqladı
XƏBƏR 9 Aprel 2023 / 09:31 2338
-  A +

PSJ-nin futbolçusu Lionel Messi Avropa klubları üçün vurduğu qolların sayına görə Kriştiano Ronaldonu ötüb.

Qol.az xəbər verir ki, hücumçu Liqa 1-in 30-cu turunda "Nitsa" ilə görüşdə (2:0) fərqlənib. 

Bu, argentinalı forvardın Avropa klublarının heyətində rəsmi oyunlarda vurduğu 702-ci qol olub. Messi “Barselona”nın heyətində 672, PSJ-də isə 30 qol vurub.

Ronaldo isə Avropa klublarının heyətində 701 qola imza atıb (“Sportinq”də 5, “Mançester Yunayted”də 145, “Real”da 450, “Yuventus”da 101).


Son xəbərlər
topaz banner