Messinin evini qarət etmək istədilər

Messinin evini qarət etmək istədilər
XƏBƏR 7 Aprel 2023 / 11:28 1623
-  A +

2 nəfər şəxs PSJ-nin hücumçusu Lionel Messinin Barselonadakı evinə girməyə cəhd edib.

Qol.az xəbər verir ki, hadisə aprelin 5-də baş verib. Polis artıq Messinin evinə gələndə cinayətkarlar qaçıblar. Onlar evə girə bilməyiblər.

Qeyd edək ki, 35 yaşlı hücumçu 2021-ci ilin yayından Fransa təmsilçisində oynayır. Argentinalı ilə parislilər arasında mövcud müqavilə 2022/23 mövsümünün sonuna kimi hesablanıb. Forvardın PSJ ilə sözləşməsi başa çatdıqdan sonra sabiq kluu "Barselona"ya qayıdacağı bildirilir. Messi bu mövsüm PSJ-nin heyətində 33 oyuna çıxıb, 18 qol vurub və 17 qolun ötürməsini verib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
topaz banner