Ten Haq "Mançester Yunayted"dən bunu istədi

Ten Haq "Mançester Yunayted"dən bunu istədi
XƏBƏR 7 Aprel 2023 / 10:02 1930
-  A +

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq artıq komandanı növbəti mövsümə hazırlamaqla bağlı planlar qurmağa başlayıb.

Qol.az xəbər verir ki, o, klub rəhbərliyindən avstriyalı yarımmüdafiəçi Marsel Sabitzerin icarə müddətinin uzadılmasını istəyib. Çünki əks-halda, o, mövsümün sonunda müqavilə ilə məxsus olduğu "Bavariya"ya qayıdacaq.

Ten Haq 29 yaşlı avstriyalının komandanı gücləndirmək potensialına malik olduğuna inanır. 

Daha əvvəl futbolçunun özü "Mançester Yunayted"də xoşbəxt olduğunu və klubda qalmaq istədiyini bildirmişdi.

Bu mövsüm Sabitzer "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 11 oyuna çıxıb, 1 qol vurub və 1 qol ötürməsi verib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
topaz banner