Bu həftə Misli Premyer Liqasında 29-cu turun oyunları keçiriləcək. Turun ilk günündə meydana çıxacaq “Qəbələ” “Zirə” ilə qarşılaşacaq.
Qol.az "Qəbələ"nin saytına istinadən xəbər verir ki, qarşılaşma Qəbələ şəhər stadionunda təşkil olunacaq. Bu, iki komanda arasında 33-cü duel olacaq. İndiyədək rəqiblər 32 dəfə görüşüb. 12 qələbə qazanan “Qəbələ” 14 heç-heçə edib və 6 dəfə məğlub olub. Rəqib qapısına 43 qol vuran “qırmızı-qaralar” 28 top buraxıb. "Qəbələ"nin bu oyunlarda ən yaxşı bombardiri 4 qol vuran Aleksey Qaydır. Ülvi İsgəndərovun hesabında üç top var.
İndiyədək keçirilən 32 görüşdən 30-u çempionat, 2-si kubok çərçivəsində keçirilib. Premyer Liqada 10 dəfə qalib gələn komanda 14 matçdan 1 xalla ayrılıb. Digər 6 matçda Bakı klubu qələbə qazanıb. Bu oyunlarda 36 qol vuran “qırmızı-qaralar” 26 top buraxıb.
“Qəbələ” 16-cı dəfə “Zirə”ni öz meydanında qəbul edəcək. 6 qələbəsi olan meydan sahibləri 8 sülhə imza atıb və yalnız 1 dəfə uduzub. Doğma divarlar arasında 20 qol vuran "Qəbələ" 10 top buraxıb.
Xatırladaq ki, aprelin 7-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Zirə” matçı saat 17:00-da başlayacaq.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Leau zəddəsini sağaltdı
Kadidən 40-cı qol
“Zirə”nin 25-ci qələbəsi
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu