Modriç narahatdır

Modriç narahatdır
XƏBƏR 5 Aprel 2023 / 20:25 2557
-  A +

"Real"ın futbolçusu Luka Modriç klubun ona yeni müqavilə təklif etməməsinə görə narahatdır.

Qol.az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb. Yarımmüdafiəçi bir neçə aydır ki, 2023-cü ilin yayına kimi hesablanmış müqavilənin uzadılması ilə bağlı danışıqlara başlamaq üçün gözləyir. O, ən az daha bir il Madrid təmsilçisində qalmaq istəyir. Bu məsələ ilə bağlı hələlik heç bir əlaqənin olmaması onun üçün xoşagəlməzdir. Çünki bu, ilk dəfədir ki, baş verir.

"Real" hələ də Modriçin yaşını və statusunu nəzərə alaraq nə edəcəyini düşünür. Klub 37 yaşlı futbolçunun DÇ-2022-dən sonra Xorvatiya millisindəki karyerasını bitirməməsindən narazıdır.

Qeyd dək ki, Luka bu mövsüm La Liqada 24 oyuna çıxıb və 4 qol vurub. 


Son xəbərlər
topaz banner