"Çelsi" 2022/2023 mövsümünün sonuna qədər Frank Lempardın baş məşqçi vəzifəsinə namizədliyini ciddi şəkildə nəzərdən keçirir.
Qol.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb. Hazırda London klubunun rəhbərləri ispaniyalı mütəxəssis Luis Enrike ilə danışıqlara hazırlaşır. "Barselona"nın və İspaniya millisinin sabiq baş məşqçisi bu gün, aprelin 5-də Londona uçub.
"Çelsi" yeni baş məşqçi axtarışlarını ən qısa zamanda başa çatdırmaqda qərarlıdır. Lakin klubun texniki direktoru Lorens Stüart və idman direktoru Pol Uinstanli ən azı 7 namizədi nəzərdən keçirmək niyyətində olduqları üçün bu proses gecikə bilər.
Klub keçmiş baş məşqçisi Frank Lempard versiyasına da ciddi yanaşır. Bildirilir ki, mütəxəssis sabiq klubuna qayıtmağa hazırdır.
Qeyd edək ki, "Çelsi" 3 gün əvvəl Qrem Potteri istefaya göndərib. Lempard isə 2019-cu ilin yayından və 2021-ci ilin yanvarına kimi London təmsilçisini çalışdırıb.
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!
Mahir Emrelinin komandası da mərhələ adladı
Ayrılan kimi "Fənərbaxça"ya rəqib oldu
Ronaldo saçını narıncı rəngə boyadı - Şəkil
“Qarabağ” qalib gəlib “pley-off”a yüksəldi!
"Lester" klubu satışa çıxarıldı
Haaland 4 rekordla "Ginnesin Rekordlar Kitabı"nda
Açıqlamasına görə azarkeşlərdən üzr istədi
“Sumqayıt” onu komandada saxladı
"Bizi ciddi oynamağa məcbur etdilər"
Qurban Qurbanov Koxalskini ehtiyata göndərdi
“Qarabağ” “Dinamo”ya qarşı bu heyətlə çıxır
La Liqa matçı təxirə salındı
“APL Fantasy”də qeydiyyatdan keçənlərin sayı 10 mini ötdü!