Futbolçular ona "Harri Potter" və ya "Hoqvarts" deyiblər

Futbolçular ona "Harri Potter" və ya "Hoqvarts" deyiblər
XƏBƏR 4 Aprel 2023 / 17:18 1715
-  A +

2 gün əvvəl “Çelsi”nin baş məşqçisi vəzifəsindən istefaya göndərilən Qrem Potter London təmsilçisinin bəzi oyunçuları ilə problem yaşayırmış.

Qol.az xəbər verir ki, bu barədə "The Atletic" məlumat yayıb. Mütəxəssisin futbolçularla münasibəti heç vaxt düşmənçilik xarakteri daşımayıb. Lakin bir çox əsas oyunçu 47 yaşlı məşqçinin gördüyü işlərə hörmət etməyib. Onlar Qrem Potteri tez-tez “Harri” (Harri Potter, film qəhrəmanı) və ya “Hoqvarts” adlandırırdılar. 

Qeyd edək ki, "Çelsi" aprelin 2-də Potterin komandanın baş məşqçisi vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb. Bruno Saltor müvəqqəti baş məşqçi təyin edilib. 28 oyundan sonra "zadəganlar" Premyer Liqada 38 xalla 11-ci pillədə qərarlaşıblar.


Son xəbərlər
topaz banner