Futzal millimiz dünya reytinqində neçəncidir?

Futzal millimiz dünya reytinqində neçəncidir?
XƏBƏR 4 Aprel 2023 / 16:57 2015
-  A +

Futzal üzrə milli komandaların yeni dünya reytinqi açıqlanıb.

Qol.az xəbər verir ki, Azərbaycan millisi cədvəldə 1 pillə geriləyib. Joze Alesio Da Silvanın baş məşqçisi olduğu komanda 1395 xalla 13-cü pillədə qərarlaşıb.

Millimiz martda dünya çempionatının əsas mərhələsində Yunanıstana qalib gəlib (5:2), Polşaya isə məğlub olub.(2:7).

Qeyd edək ki, dünya reytinqinə  Braziliya millisi (1821) başçılıq edir. İspaniya (1787) 2-ci, Argentina (1764) isə 3-cü yerdə  qərarlaşıb.


Son xəbərlər
topaz banner