PSJ-dən hər mövsüm 60 milyon avro bonus qazanır

PSJ-dən hər mövsüm 60 milyon avro bonus qazanır
XƏBƏR 4 Aprel 2023 / 09:35 1755
-  A +

PSJ-nin hücumçusu Kilian Mbappe hər mövsüm klubdan əlavə loyallıq bonusu alır.

Qol.az xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb. Paris təmsilçisi hər mövsüm 24 yaşlı forvarda 60 milyon avro bonus ödəyir. 

Bundan əvvəl Mbappenin gələn mövsümün sonunda azad agent kimi "Real"a keçə biləcəyi qeyd olunurdu. Bir il əvvəl imzalanmış müqaviləyə əsasən, Mbappe 2023-cü ilin yayında müqaviləni uzatma variantını aktivləşdirməsə, 2024-cü ildə PSJ-dən ayrıla bilər.

Qeyd edək ki, Mbappe 2017-ci ildən SJ-də oynayır.


Son xəbərlər
topaz banner