Bundesliqa klubu baş məşqçi ilə yolları ayırdı

Bundesliqa klubu baş məşqçi ilə yolları ayırdı
XƏBƏR 3 Aprel 2023 / 19:59 1729
-  A +

"Ştutqart" baş məşqçisi Bruno Labbadianı istefaya göndərib.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. belə qərar verilməsinə səbəb komandanın uğursuz çıxışlarıdır.

Alman mütəxəssis ötən ilin dekabrından "Ştutqart"ı çalışdırır. Onun baş məşqçiliyi altında komanda 12 oyun keçirib, yalnız 1 qələbə qazanıb. "Ştutqart" Almaniya kubokunda "Paderborn"a qalib gəlib. Komanda hazırda Bundesliqada  sonuncu - 18-ci yerdədir.

Labbadianın əvəzinə "Ştutqart"ı Sebastyan Hoenes çalışdıracaq. Onun müqaviləsi 30 iyun 2025-ci ilə qədər nəzərdə tutulub.

“Ştutqart” yeni baş məşqçinin rəhbərliyi altında ilk oyunu aprelin 5-də Almaniya kubokunun 1/4 final mərhələsində “Nürnberq”ə qarşı keçirəcək.


Son xəbərlər
topaz banner