Meksikalı hakim Fernando Hernandes xoşagəlməz hərəkəti ilə gündəmə düşüb.
Qol.az xəbər verir ki, o, Meksika çempionatının 13-cü turunun "Amerika" - "Leon" matçında (2:2) qonaqların oyunçusu Lukas Romeroya sarı vərəqə göstərib, daha sonra onun diz nahiyəsinə zərbə endirib. Bu vaxt futbolçu yerə yıxılıb.
Meksika Futbol Federasiyası hadisə ilə bağlı araşdırmaya başladığını açıqlayıb. Oyunçuya qarşı fiziki zorakılığa görə hakimi 15 oyunluq diskvalifikasiya, həmçinin 3-51,8 min Meksika pesosu (166-2867 dollar arası) cərimə gözləyir.
Fernando Hernandes daha sonra sosial şəbəkədə hərəkətinə görə üzr istəyib.
“Dünən verdiyim reaksiyaya görə azarkeşlərdən və ümumilikdə ictimaiyyətdən, eləcə də Lukas Romerodan üzr istəyirəm. Heç vaxt digər oyunçular kimi ona hücum etməzdim. Mən öz günahımı bilirəm və intizam komitəsinin qəbul etdiyi istənilən qərarla razılaşacağam” - deyə Hernandes İnstaqram hesabında yazıb.
Məlumata görə, matçdan dərhal sonra hakim Lukas Romerodan üzr istəmək üçün "Leon"un klub avtobusuna gedib.
Leau zəddəsini sağaltdı
Kadidən 40-cı qol
“Zirə”nin 25-ci qələbəsi
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı