UEFA-nın prezidenti Aleksander Çeferin "Barselona"ya qarşı hakimlərə rüşvət verməkdə və nəticələrə təsir etməkdə ittiham irəli sürülməsi haqqında danışıb.
Qol.az xəbər verir ki, o, durumun çox ciddi olduğun deyib:
“Mən 2 səbəbə görə birbaşa şərh verə bilmərəm. Əvvəla, ona görə ki, bu məsələyə baxmaq üçün bizim müstəqil intizam komitəmiz var. İkincisi, mən bu mövzunun tədqiqinə dərindən getməmişəm.
Amma bir şeyi deyə bilərəm, vəziyyətin çox ciddi olduğunu başa düşdüm. Mənim fikrimcə, bu, futbolda indiyə qədər gördüyüm ən ciddi hadisələrdən biridir.
İspaniyada mülki prokurorluq səviyyəsində proses davam edir. UEFA üçün zamanla bağlı heç nə məhdud deyil.
"Barselona" cəzalandırılacaqmı və bu işin klub üçün hər hansı bir nəticəsi olacaqmı? Mən buna cavab verə bilmərəm".
Qeyd edək ki, martın 10-da İspaniya prokurorluğu “Barselona”ya qarşı hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreiraya klub tərəfindən 7,3 milyon avro rüşvət ödənilməsi ilə bağlı ittiham irəli sürüb.
Leau zəddəsini sağaltdı
Kadidən 40-cı qol
“Zirə”nin 25-ci qələbəsi
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı