Mahir start heyətdə yer alacaq

Mahir start heyətdə yer alacaq
XƏBƏR 1 Aprel 2023 / 17:11 3648
-  A +

Azərbaycan millisinin "Konyaspor"da çıxış edən üzvü Mahir Emrelinin Türkiyə Superliqasının 28-ci turunda "Ümraniyespor"la matçda start heyətdə yer alacağı gözlənilir.

Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Aleksandar Stanoyeviç zədəsini sağaldan 25 yaşlı hücumçuya əsas heyətdə şans verəcək.

Qeyd edək ki, sabah keçiriləcək "Ümraniyespor" - "Konyaspor" görüşü Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.


Son xəbərlər
topaz banner