Aqil Abbasa təbrik

Aqil Abbasa təbrik
XƏBƏR 1 Aprel 2023 / 10:30 1887
-  A +

Bu gün Millət vəkili, yazıçı-publisist Aqil Abbasın yubiley günüdür. Onun 70 yaşı tamam olur. Aqil Abbas fəal ictimai-siyasi şəxs olmaqla yanaşı, həm də Azərbaycan futbolunu dərindən sevən biridir. O, zaman-zaman həm TV çıxışlarında, həm də mətbuatdakı yazılarında futbolumuzdakı problemləri ürəkağrısı ilə qabardır.

Aqil Abbas eyni zamanda Qol.az saytının fəxri yazarıdır.

Qol.az-ın kollektivi Aqil Abbas üçün bu əlamətdar gündə onu – bu koloritli ziyalı və yazarı ürəkdən təbrik edir, möhkəm cansağlığı və yaxın illər abad olacaq Ağdamda tikiləcək “İmarət” stadionunda sevimli komandası “Qarabağ”ın oyunlarını izləməyi arzulayırıq.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner