“Mən Ronaldo azarkeşiyəm. Bir məqalədə Kriştianonun bədəninə necə qulluq etdiyini, hər uçuşdan sonra buz vannası qəbul etdiyini, “Real"da məşqə birinci gəldiyini oxumuşdum. O, super peşəkardır. Qazandığı titullara fikir verməyən tarixi şəxsiyyətdir".
Qol.az xəbər verir ki, bu sözləri azərbaycanlı şahmatçı Teymur Rəcəbov “championat.com” saytına müsahibəsində deyib.
Lionel Messi ilə Kriştiano Ronaldonu müqayisə edən qrossmeyster DÇ--2022-yə qədər portuqaliyalı hücumçunu daha üstün hesab etdiyini bildirib: "Belə insanlar yüz milyonlarda birdir. Ronaldo insanın nələrə nail ola biləcəyinin nümunəsidir. Çox şey əldə etdi. Yalnız dünya çempionluğu çatmır. Futbol komanda oyunudur. Qətərdə Argentina millisi əla oynadı. Bəxtdən də çox şey asılıdır. Əgər fransızlar son saniyələrdə yüz faizlik şansını qola çevirsəydilər, indi deyəcəkdik ki, Messi heç vaxt dünya çempionu olmayacaq. İndi bu titulu Ronaldo qazanmayacaq. Amma onun gözəl idman həyatı olub.
Dünya çempionluğundan sonra Messinin ən yaxşı olmasına heç bir şübhə yoxdur. Mundialdan əvvəl Kriştianoya üstünlük verirdim. Lakin finalda Fransaya qalib gəldikdən sonra Messi hər şeyi hamıya sübut etdi”.
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu