Modriç türkiyəli azarkeşlərə təşəkkür etdi

Modriç türkiyəli azarkeşlərə təşəkkür etdi
XƏBƏR 30 Mart 2023 / 00:50 2697
-  A +

"Real"ın və Xorvatiya millisinin futbolçusu Luka Modriç sosial şəbəkə hesablarına paylaşım edib.

Qol.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi Avro-2024-ün seçmə mərhələsində Türkiyəyə qalib gəldikləri matçdan (2:0) yazıb. Futbolçu ona dəstək olduqlarına görə türkiyəli azarkeşlərə təşəkkür edib. 

Qeyd edək ki, Modriç sözügedən görüşdə start heyətində meydana çıxmış və 84-cü dəqiqədə Lovro Mayer ilə əvəzlənmişdi. O, meydanı tərk edən zaman türkiyəli azarkeşlər tərəfindən alqışlanmışdı.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner