"Qalatasaray" azərbaycanlı futbolçuların Superliqada yerli sayılmasını istəyir

"Qalatasaray" azərbaycanlı futbolçuların Superliqada yerli sayılmasını istəyir
XƏBƏR 28 Mart 2023 / 16:37 3120
-  A +

"Qalatasaray" Türkiyə Futbol Federasiyasına maraqlı bir ideya ilə müraciət etməyə hazırlaşır.

Qol.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb. İstanbul təmsilçisi türk dövlətlərindən olan futbolçuların Superliqada legioner sayılmamasını istəyir. "Qalatasaray" belə oyunçuların yerli statusu ilə çıxış etməli olduğunu düşünür. Klub TFF-yə müraciətində Braziliya və Portuqaliyanı nümunə göstərəcək.

Portuqaliya və Braziliya arasındakı xüsusi razılaşmalara əsasən, hər iki ölkənin vətəndaşları 2 ölkə arasında vizasız sərbəst hərəkət edə və iş icazəsi olmadan işləyə bilərlər. Bu müqavilə birbaşa olaraq yüzlərlə oyunçuya təsir edir.

Xatırladaq ki, Azərbaycan və Türkiyə arasında da viza rejimi aradan qaldırılıb.


Son xəbərlər
topaz banner