"Barselona"dan Busketsə şərt

"Barselona"dan Busketsə şərt
XƏBƏR 28 Mart 2023 / 14:25 1895
-  A +

"Barselona" yarımmüdafiəçisi Serxio Busketsə müqaviləni uzatmağı təklifi edib.

Qol.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. Lakin Kataloniya klubu 34 yaşlı futbolçunun qarşısına şərt qoyub. Buskets yeni sözləşmə üçün maaşının 75 faiz azalmasına razılaşmalı olacaq. Onun gəliri illik 30 milyon avrodan 7-8 milyon avroya qədər enəcək.

Serxio Buskets "Barselona"nın yetirməsi və hazırkı kapitanıdır. O, 2005-ci ildən bu komandanın formasını geyinir. Serxio həmin vaxtdan indiyədək 713 matçda forma geyinib.  Futbolçunun hazırkı sözləşməsi cari mövsümün sonuna qədər nəzərdə tutulub.


Son xəbərlər
topaz banner