Çalhanoğlu ilə yeni müqavilə imzalanır

Çalhanoğlu ilə yeni müqavilə imzalanır
XƏBƏR 28 Mart 2023 / 14:06 1422
-  A +

"İnter" futbolçusu Hakan Çalhanoğlu müqaviləni yeniləməyə yaxındır.

Qol.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi ilə razılıq əldə olunub. Onun Milan təmsilçisi ilə yeni müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulacaq. Tezliklə "İnter" bütün lazımi sənədləri tamamlayacaq.

Türkiyəli futbolçunun hazırkı müqaviləsi 2024-cü ilə qədər hesablanıb.


Son xəbərlər
topaz banner