"Milan" üçün pis xəbər

"Milan" üçün pis xəbər
XƏBƏR 28 Mart 2023 / 11:33 1473
-  A +

"Milan"ın müdafiəçisi Pyer Kalulu Fransanın gənclərdən ibarət yığmasında zədələnib.

Qol.az xəbər verir ki, futbolçunun sağ baldır əzələsində problem aşkarlanıb. O, vaxtından əvvəl İtaliyaya qayıdıb.

22 yaşlı oyunçu aprelin 2-də A seriyasında "Napoli" ilə matçı buraxacaq. Lakin onun neapollulara qarşı Çempionlar Liqasının 1/4 finalının ilk oyununda (12 aprel) meydana çıxıb-çıxmayacağı məlum deyil.  

Qeyd edək ki, Pyer bu mövsüm 37 matçın hamısında meydana çıxan yeganə "Milan" futbolçusudur. 


Son xəbərlər
topaz banner