"Mançester Yunayted"in yeni hədəfi

"Mançester Yunayted"in yeni hədəfi
XƏBƏR 27 Mart 2023 / 14:56 2364
-  A +

"Mançester Yunayted" artıq yay transfer pəncərəsi üçün işlərə başlayıb.

Qol.az xəbər verir ki, "qırmızı şeytanlar" Danimarka millisinin və "Atalanta"nın futbolçusu Rasmus Hoylundu sıralarına cəlb etməyi planlaşdırır. 20 yaşlı hücumçu ötən bir neçə gün ərzində Avro-2024-ün seçmə mərhələsində Finlandiyaya 3, Qazaxıstana isə 2 qol vurub. Bu da "Mançester Yunayted"in ona olan marağını artırıb.

Qeyd edək ki, Hoylundun "Atalanta" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
topaz banner