İkardi Azərbaycana təşəkkür etdi

İkardi Azərbaycana təşəkkür etdi
XƏBƏR 27 Mart 2023 / 11:18 5858
-  A +

"Qalatasaray"ın futbolçusu Mauro İkardi "Qarabağ"la dünən Bakıda keçirilən xeyriyyə matçı haqda fikirlərini bölüşüb.

Qol.az xəbər verir ki, qələbə qolunu vuran argentinalı hücumçu İnstaqram hesabındakı paylaşımında bu matçın keçirilməsi üçün Azərbaycana təşəkkür edib: 

"Zəlzələdə zərərçəkənlərə yardım üçün təşkil edilmiş bu oyuna görə Azərbaycana təşəkkür edirəm. İştirak edən hər kəsə minnətdaram".

Xatırladaq ki, "Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə başa çatan matçdan əldə olunacaq bütün gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə ayrılacaq. 

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
topaz banner