Bakı Olimpiya Stadionunda nə məğlubiyyətə üzülən oldu, nə də qələbəyə sevinən...
Bu, zəlzələnin 47-ci gününə təsadüf edən matç idi, daha doğrusu, xilasetmə əməliyyatı. Ölkə Prezidentindən tutmuş, futbolçuların, azarkeşlərin iştirakı ilə keçirilən əməliyyat...
6 fevralda baş verən zəlzələnin episentri təkcə Kahramanmaraş deyildi, həm də Bakı, Gəncə, Naxçıvan idi...
Biz də silkələnmişdik, silkələnib nəyimiz var, nəyimiz yox idi tökmüşdük ortaya, yığmışdıq Sərvər Bəşirlinin timsalında köhnə maşınımızın yük yerinə, yardıma koşmuşduq...
Bir sözlə, Qulu Ağsəsin də, dediyi kimi, Azərbaycan özünü dağıntılar altına atmışdı.
Fiziki olaraq, xilasetmə əməliyyatı başa çatıb, amma mənəvi olaraq davam edir. Və dünənki “Qarabağ” - “Qalatasaray” xeyriyyə matçı da bu mənəviyyatın bir parçası idi.
Şuşada keçirilən Xarıbülbül festivalından sonra, Azərbaycanda təşkil olunan ən anlamlı və duyğulu orqanizasyon idi dünənki matç...
Bu, həm də Vətən müharibəsi qazisi Muradın iki muradına birdən çatması idi. Şükür ki, hər iki arzusuna canlı şahidlik edəcək...
Qızğın döyüşlərin ortasında Türkiyə telekanalının mikrofonuna “Qarabağ azad olunsun, Xankəndidə bir “Qarabağ” - “Qalatasaray” matçı izləyək” demişdi bizim Murad. İki muradın bir reallaşdığı dövrdə hesab da iki-bir oldu. İki dövlətin bir millət olduğu kimi...
Amma kaş, nə zəlzələ olardı, nə də bu matç... Bu matçı elə biz Xankəndinə saxlayardıq...
Deməli, futbol təkcə 22 nəfərin bir top arxasınca qaçması deyil. Futbol - yeri gələndə iki qardaş ölkənin uğruna qanlar tökülən şanlı bayrağını bir formanın üzərinə həkk etdirməkdir.
Futbol - zəlzələnin ilk günündən olduğu kimi, ay yarım sonra da “Səsimi duyan varmı” sualına Azərbaycandan “Buradayam!” cavabının gəlməsidir.
Futbol, həm də Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağ”ın qoluna sevinib, “Qalatasaray”ın qoluna isə əl çalmasıdır.
Respect, cənab Prezident!
Respect, “Qarabağ”, respect “Qalatasaray”!
Emin Səfərov, Qafqazinfo.az
Ferran Torres PSJ-də
Kurtua qayıdır
Toy, toy, toydur bu gün…
Sabiq "Arsenal"lı"Kristal Pelas"da
Bennaser "Milan"dan ayrıldı
Zidanın oğlu ilə müqaviləyə xitam verildi
"Mançester Yunayted" 18 yaşlı futbolçu aldı
"Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
Rusiya “Çernomorets”in stadionunu raketlə vurdu - Video
"Real"ın futbolçusu "Fiorentina"ya keçdi - Rəsmi
"Barselona"nın ilk rəsmi təklifi rədd edildi
"Borussiya"nın futbolçusu A seriyası klubunda
“Bizim xarakterimizdə təslim olmaq yoxdur” - Musa Qurbanlı
Albaniya da İnfantinoya dəstəyini geri götürdü
“Zirə” Namik Ələskərovla yolları ayırdı
"Milan"ın üçüncü forması - Şəkillər
"Tottenhem"də yeni müqavilə
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
Qazaxıstan millisində yeni baş məşqçi
Türkiyə millisinin üzvü La Liqa klubunda
"Yuventus"un yeni dizaynlı formaları - Şəkillər
Albaniya klubuna keçən Kamil "Liverpul"da oynamaq istəyir
“Qarabağ”a vurduğu qoldan danışdı
Özbəkistan millisində xəyanət
Azər Məmmədov: "Gəncə stadionunu tam dolduracağıq"
“Seltik”in baş məşqçisi xəstəxanaya yerləşdirildi
Rodri “Real”a yox, “Barselona”ya keçir
"Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi