Karateçilərimizdən Avropa çempionatında 8 medal

Karateçilərimizdən Avropa çempionatında 8 medal
XƏBƏR 27 Mart 2023 / 01:37 632
-  A +

Karateçilərimiz 22-26 mart tarixlərində İspaniyanın Qvadalahara şəhərində Avropa çempionatında 8 medal qazanıb. 

Qol.az xəbər verir ki, mükafatların biri qızıl, dördü gümüş, üçü isə bürüncdür. 8 medaldan 1 qızıl, 2 gümüş və 1 bürünc medala para-karateçilər sahib olub. 

Fərdi kumite yarışlarında İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (68+ kq) Avropa ikincisi olub. Tural Ağalarzadə (-67 kq) və Fərid Ağayev (-75 kq) isə bürünc medal qazanıb. Bu nəticə ilə Azərbaycan medal qazanan ölkəlır arasında Xorvatiya ilə 9-10-cu yerləri bölüşüb. 5 gün davam edən qitə çempionatında 48 ölkədən 468 idmançı iştirak edib.

Para-Karateçilərin Avropa çempionatında Emiliya Mitlinova birinci yeri, Eldar Əhmədov ikinci pilləni, Nihat Məmmədzadə və Ariyana Mitlinova isə üçüncü sıranı tutub. Para-karateçilərimiz medal sıralamasında ikinci olub.     

Böyüklərin növbəti Avropa çempionatı 2024-cü ildə Xorvatiyada keçiriləcək.  


Son xəbərlər
topaz banner