"Qarabağ"ın formaları "Qalatasaray"ın mağazalarında satılacaq - Açıqlama

"Qarabağ"ın formaları "Qalatasaray"ın mağazalarında satılacaq - Açıqlama
XƏBƏR 27 Mart 2023 / 00:17 2742
-  A +

"Qarabağ"la "Qalatasaray" arasında işbirliyi olacaq.

Qol.az xəbər verir ki, bu barədə "Qalatasaray"ın prezidenti Dursun Özbek Türkiyə mətbuatına açıqlamasında deyib. O bildirib ki, "Qarabağ"ın formaları "Qalatasaray"ın mağazalarında satışa çıxarılacaq. Ağdam təmsilçisi də eyni addımı atacaq: 

"Qarşıdakı həftə "Qarabağ" ilə qardaş klub olmağımızı tanıtmağa  başlayacağıq. Mağazalarımızda "Qarabağ" formalarını satıb, "Qarabağ"ı anladacağıq. "Qarabağ"ın mağazalarında da "Qalatasaray"ın formaları satılacaq".

Qeyd edək ki, "Qarabağ"la "Qalatasaray" arasında xeyriyyə matçı İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Son xəbərlər
topaz banner