Diakabi: "Həm bizim, həm də azarkeşlərimiz üçün önəmli görüş idi"

Diakabi: "Həm bizim, həm də azarkeşlərimiz üçün önəmli görüş idi"
XƏBƏR 26 Mart 2023 / 22:37 1712
-  A +

"Qarabağ"ın futbolçusu Adama Diakabi Bakıda "Qalatasaray"a qarşı keçirdikləri xeyriyyə matçı (1:2) barədə danışıb.

Qol.az xəbər verir ki, o, görüşdən sonra "CBC Sport"a açıqlamasında görüşün vacibliyini vurğulayıb:

"Çox yaxşı oyun oldu. Premyer Liqadakı fasilədən yaxşı istifadə etdik. Özümüzü çempionat oyununa hazırladıq. Bu, həm bizim, həm də azarkeşlərimiz üçün önəmli görüş idi".

Zədədən yeni qayıdan Diakabi qeyd edib ki, artıq hər şey qaydasındadır: "Gent"lə matçda zədələnəndən sonra həm həkimlər, həm də məşqçilər əllərindən gələni etdilər ki, daha tez sağalım. Hazırlıqlarım davam edir. Əlimdən gələni edəcəyəm ki, komandama kömək edim".


Son xəbərlər
topaz banner