Volkovdan Gürcüstan yığmasında 1 qol, 1 qol ötürməsi

Volkovdan Gürcüstan yığmasında 1 qol, 1 qol ötürməsi
XƏBƏR 26 Mart 2023 / 11:42 5150
-  A +

Gürcüstan millisi Monqolustanla yoldaşlıq oyunu keçirib.

Qol.az xəbər verir ki, Batumidəki matçda meydan sahibləri 6:1 hesabı ilə qalib gəliblər.

“Sabah”ın hücumçusu David Volkov Gürcüstan yığmasında start heyətində meydana çıxıb. O, oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə verib. 15-ci dəqiqədə hesabı açan Volkov 58-ci dəqiqədə Giorgi Çakvetadzeyə qol ötürməsi edib. O, 71-ci dəqiqədə əvəzlənib.

"Qarabağ"ın qapıçısı Luka Quqeşaşvili 46-cı dəqiqədə meydana daxil olub. “Neftçi”nin müdafiəçisi Solomon Kvirkveliya isə ehtiyat oyunçular skamyasında yer alıb.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner