"Çelsi"nin futbolçusu Pyer-Emerik Obameyanq "Barselona"ya qayıtmaq istəyir.
Qol.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. 33 yaşlı hücumçu hətta ən az maaşa belə razıdır. O, yalnız Kataloniya təmsilçisindəçıxış etmək istəyir. Buna görə də Qabon millisinin üzvü klubdan gələcək bütün mümkün təklifləri qəbul edəcək.
O, inanır ki, "Barselona"ya qayıtsa, öz formasına düşə biləcək. Obameyanq digər klublardan gələn təkliflərə baxmayaraq, yalnız Kataloniya komandasına üstünlük verir. Hücumçu "Çelsi" ilə müqavilənin ləğvinə razıdır.
Qeyd edək ki, Obameyanq ötən il "Barselona"da oynayıb. O, karyerası ərzində "Milan", "Sent-Etyen", "Lill", "Monako", "Dijon", "Borussiya" Dortmund, "Arsenal" kimi komandaların formasını da geyinib.
“Pley-off”da final günü
İran idmançıları bəzi ölkələrə gedə bilməyəcək
Azərbaycan millisinə mükafat təqdim olundu - Video
Azərbaycan millisi FİFA seriyasının qalibi oldu
Münhen klubunu tərk edəcək
Umarali Raxmonaliyevin yığması qələbə qazandı