"Türkiyə klubları ilə oynamaq bizim üçün motivasiyadır. Oyunun mahiyyətini hər kəs bilir. Bu oyuna diqqət ayırdığı üçün hər kəsə təşəkkür edirəm. Xüsusi qeyd etməli bir şey yoxdur".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Qara Qarayev "Qalatasaray"la keçirəcəkləri xeyriyyə oyunundan əvvəl təşkil olunmuş brifinqdə deyib. Yarımmüdafiəçi İstanbul təmsilçisini qəbul etməyin əlamətdar hadisə olduğunu deyib:
"Türkiyənin böyük klublarından olan "Qalatasaray"ı burada qonaq etmək həm "Qarabağ" üçün, həm də ölkə futbolu üçün əlamətdar hadisədir. Hər iki komanda üçün dəstək lazımdır. Düşünürəm ki, sabahkı matç bütün azarkeşlərin zövqünü oxşayacaq. Hər kəsi oyuna dəvət edirəm".
Qarayev milli komanamızın oyunları ilə əlaqədar heyətdə bir sıra futbolçunun olmamasına da toxunub. O, bu şəkildə çıxış etməyin çətin olmayacağını deyib:
"Əksər oyunçularımız milli komandalardadır. Rotasiyalar qaçılmazdır. Amma buna baxmayaraq Türkiynin ən yaxşı komandası olan "Qalatasaray"a qarşı "Qarabağ"ın adı üçün oynayacağıq. Heyətimizin tam olub-olmamasından asılı olmayaraq gücümüzü azarkeşlərimizdən almışıq. Onların sayəsində tam heyət ola bilərik. Məcburiyyətdən belədir".
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq. Görüşün bilet satışından əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlər üçün göndəriləcək.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Kadidən 40-cı qol
“Zirə”nin 25-ci qələbəsi
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı
Lukas Peresin yeni klubu məlum oldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
AFFA prezidentindən Qurban Qurbanovla bağlı açıqlama
Cahangir Həsənzadə AFFA-dakı vəzifəsindən ayrılır