"Azərbaycana qalib gəlmək istəyirik"

"Azərbaycana qalib gəlmək istəyirik"
XƏBƏR 23 Mart 2023 / 20:25 2529
-  A +

Avstriya yığmasının yarımmüdafiəçisi Marsel Sabitzer Avro-2024-ün seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyun haqda danışıb.

Qol.az əbər verir ki, o, mərhələyə uğurlu start vermək niyyətində olduqlarını deyib:

“Hansı yolu getdiyimizi bilirik. Yeni seçmə mərhələyə yaxşı başlamaq üçün sabahkı Azərbaycanla oyunda qələbə qazanmaq istəyirik.  Bunun üçün hər şeyi edəcəyik".

Qeyd edək ki, martın 24-də “Raiffeisen Arena”da keçiriləcək Avstriya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Sabitzer bu görüşdə Avstriyanın kapitanı olacaq.


Son xəbərlər