“Qarabağ" - "Qalatasaray" oyununu yayımlayacaq kanallar bilindi

“Qarabağ" - "Qalatasaray" oyununu yayımlayacaq kanallar bilindi
XƏBƏR 23 Mart 2023 / 01:02 19442
-  A +

"Qarabağ" və “Qalatasaray" arasında keçiriləcək xeyriyyə oyununun Türkiyədə hansı telekanal vasitəsilə yayımlanacağı bəlli olub. 

Qol.az-ın əldə etdiyi məlumata görə, sözügedən görüş qardaş ölkədə “Haber Global” vasitəsilə nümayiş etdiriləcək.  Azərbaycanda isə matç “CBC Sport”da efirə veriləcək.

Qeyd edək ki, martın 26-ı Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Oyundan əldə olunacaq gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlər üçün göndəriləcək.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner