İbrahimoviç: "Mən hər şeyəm"

İbrahimoviç: "Mən hər şeyəm"
XƏBƏR 22 Mart 2023 / 23:00 1573
-  A +

İsveç millisinin və "Milan"ın futbolçusu Zlatan İbrahimoviç Avro-2024-də mümkün iştirakından danışıb.

Qol.az xəbər verir ki, 41 yaşlı hücumçu seçmə mərhələnin oyunları üçün İsveç millisinə çağırılıb. Lakin baş məşqçi Yanne Anderson onu ehtiyat oyunçu kimi görür.

Zlatan isə Avro-2024-də mümkün iştirakı haqda deyib: “Nəyisə demək üçün hələ tezdir. Yaşamağa və indiki zamanda qalmağa çalışıram. Amma mən hər şeyəm. Mən ndi, keçmiş və gələcəyəm”.

Qeyd edək ki, İsveç millisi Azərbaycanın Avro-2024-ün seçmə mərhələsindəki rəqiblərindəndir. Onlar martın 27-də yığmamızı qəbul edəcəklər. İsveç martın 24-də isə Belçika ilə qarşılaşacaq.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner