Böyüklərdən ibarət milli komanda, həmçinin para-karate seçmə komandası 22-26 Mart tarixlərində İspaniyanın Qvadalahara şəhərində Avropa çempionatında iştirak edəcək.
Qol.az xəbər verir ki, millimiz yarışa 21 idmançı yollanıb. Kişilərdən ibarət kumite üzrə milli komandanın baş məşqçisi Qurban Tağıyevin müşayiəti ilə Əminağa Quliyev (-60 kq), Tural Ağalarzadə (-67 kq), Fərid Ağayev (-75 kq), Turqut Həsənov (-84 kq) və Asiman Qurbanlı (84+ kq) fərdi yarışlarda, Ayxan Mamayev, Pənah Abdullayev, Rafiz Həsənov və Hüseyn Məmmədli isə komanda çıxışlarında digər yoldaşları ilə birgə mübarizə aparacaq.
Kumite üzrə qadınların baş məşqçisi Şahin Xudaverdiyev Fidan Teymurovanı (-50 kq), Mədinə Sadiqova (-55 kq), Renata Ərəbli (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyevanı fərdi yarışlarla yanaşı komanda çıxışlarında da idarə edəcək.
Kata üzrə milli komandanın baş məşqçisi Vahid Ayavazov Roman Heydərovu (fərdi kata), Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət heyəti komanda kata yarışlara çıxaracaq.
Para-karateçilər Nihat Məmmədzadə, Eldar Əhmədov və Emiliya Mitlinovanı baş məşqçi Rənad Əliyev müşayiət edəcək.
Beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev Avropa çempionatının referiləri arasında olacaq.
Azərbaycan Milli Karate Federasiyasnının (AMKF) prezidenti və Avropa Karate Federasiyası (EKF) İdarə heyətinin üzvü Yaşar Bəşirov, eləcə də AMKF-in baş katibi Qabil Sayadov EKF-in Konqresində iştirak edəcək. 5 gün davam edən qitə çempionatında 48 ölkədən 468 idmançı iştirak edəcək.
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı
Lukas Peresin yeni klubu məlum oldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
AFFA prezidentindən Qurban Qurbanovla bağlı açıqlama
Cahangir Həsənzadə AFFA-dakı vəzifəsindən ayrılır
Azərbaycanda ən çox azarkeş toplayan komandalar açıqlandı
UEFA Azərbaycan klublarına nə qədər maliyyə vəsaiti ayırıb?
Rövşən Nəcəf Ayxan Abbasovun işinə qiymət verdi