Mourinyo "Latsio"nun prezidenti ilə mübahisə etdi

Mourinyo "Latsio"nun prezidenti ilə mübahisə etdi
XƏBƏR 20 Mart 2023 / 12:26 1454
-  A +

"Roma"nın baş məşqçisi Joze Mourinyo A Seriyasının 27-ci turunda "Latsio"ya uduzduqları matçdan (0:1) sonra rəqib klubun prezidenti Kaludio Lotito ilə mübahisə edib.

Qol.az xəbər verir ki, mütəxəssis qırmızı vərəqə cəzası səbəbindən görüşü avtobusda izləyib. O, görüşdən sonra paltardəyişmə otağına gedib. Bu vaxt Mourinyo futbolçusu Canluka Mançininin "Latsio"nun oyunçusu Alessio Romqnoli ilə dava etdiyini görüb. Həmin vaxt Lotito da orada olub.

Bundan sonra Mourinyo və Lotito mübahisə ediblər. Qalmaqalı sakitləşdirən isə "Roma"nın futbol idrektoru Tiaqo Pinto olub. 

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
topaz banner