Mahirdən “Qalatasaray” qələbəsi ilə bağlı paylaşım - Şəkillər

Mahirdən “Qalatasaray” qələbəsi ilə bağlı paylaşım - Şəkillər
XƏBƏR 18 Mart 2023 / 09:43 4946
-  A +

Azərbaycan millisinin və "Konyaspor"un futbolçusu Mahir Emreli ötən gün Türkiyə Superliqasının 26-cı turunda "Qalatasaray"a qalib gəldikləri matç (2:1) barədə fikirlərini bölüşüb.

Qol.az xəbər verir ki, o, öz İnstaqram hesabında bu haqda paylaşım edib. Mahir yazıb: 

"İnanmaq qələbənin yarısıdır deyirdilər. Biz bunu sübut etdik. Təbriklər, "Konyaspor"!"

Qeyd edək ki, sözügedən görüşdə Mahir də iştirak edib. O, start heyətində meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib.


Son xəbərlər
topaz banner