“Qarabağ”ın bu mövsümkü rəqiblərindən ikisi avrokubokda 1/4 finala yüksəlib

“Qarabağ”ın bu mövsümkü rəqiblərindən ikisi avrokubokda 1/4 finala yüksəlib
XƏBƏR 17 Mart 2023 / 08:53 4669
-  A +

Bu mövsüm “Qarabağ”ın Avropa kuboklarında qarşılaşdıqları rəqiblərdən bəziləri qitəmiqyaslı yarışda çıxışlarını davam etdirirlər.

Qol.az xəbər verir ki, “Gent”dən (Belçika) sonra Polşanın “Lex” komandası da Konfrans Liqasında 1/4 finala vəsiqə qazanıb. Poznan təmsilçisi evdə 2:0 hesabı ilə qalib gəldiyi “Yurqorden”i İsveçdə də məğlubiyyətə uğradıb - 3:0.

Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Lex”i mübarizədən kənarlaşdırmışdı (səfərdə 0:1, evdə 5:1).

Daha əvvəl isə “Gent” də KL-də 1/4 finala adlamışdı. Belçikalılar evdə heç-heçə etdiyi “Başakşehir”i səfərdə məğlubiyyətə uğradıb (4:1). Ağdam klubu KL-də pley-ff-da məhz “Gent”ə penaltilər seriyasında uduzaraq mübarizəni dayandırıb.

"Lex" və "Gent"in rəqibləri bu gün saat 17:00-da başlanacaq püşkatma zamanı müəyyənləşəcək.

“Qarabağ”ın bu mövsüm qarşılaşdığı daha iki komanda isə yarışdığı Avropa Liqasında mübarizəni 1/8 finalda başa vurub. “Ferensvaroş” (Macarıstan) İsveçrə “Bazel”inə (hər iki görüşdə 0:2) “Frayburq” (Almaniya) isə “Yuventus”a uduzaraq (0:2, 0:1) turnirlə vidalaşıb. 

Xatırladaq ki, “Qarabağ” ÇL-in üçüncü təsnifat mərhələsində “Ferensvaroş”u üstələmişdi (evdə 1:1, səfərdə 3:1). “Frayburq”la Avropa Liqasının qrup mərhələsində isə almanlar evdəki oyunda 2:1 hesabı ilə qalib gəlib, Bakıda matç heç-heçə yekunlaşıb - 1:1.


Son xəbərlər
topaz banner