Kloppun "Real" kabusu

Kloppun "Real" kabusu
XƏBƏR 16 Mart 2023 / 14:20 1840
-  A +

"Real" Yurgen Kloppun "Liverpul"a baş məşqçi təyin olunmasından sonra digər komandalardan daha çox "mersisaydlılar"ı məğlub ediblər.

Qol.az xəbər verir ki, Kloppun təyinatından sonra ispanlar britaniyalılarla 6 dəfə qarşılaşıblar. "Real" bu görüşlərin 5-də qələbə qazanıb:

Çempionlar Liqasının finalında (2017/2018 mövsümü, 3:1),

Çempionlar Liqasının 1/4 finalında (2020/2021 mövsümü, 3:1) 

Çempionlar Liqasının finalında (2021/2022 mövsümü, 1:0 ),

2 dəfə Çempionlar Liqasının 1/8 finalında -(2022/2023 (5:2, 1:0).

Bu komandalar arasında yeganə heç-heçə 2020/2021 mövsümündə "Enfild"də keçirilən 1/4 finalın cavab oyununda qeydə alınıb - 0:0.  

Madrid təmsilçisi 2015-ci ildən "Liverpul"a baş məşqçilik edən Yurgen Klopp üçün qorxu filmi kimidir.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
topaz banner