Haaland: "Çempionlar Liqasını qazanmaq üçün buradayam"

Haaland: "Çempionlar Liqasını qazanmaq üçün buradayam"
XƏBƏR 15 Mart 2023 / 19:17 1216
-  A +

"Mançester Siti"nin futbolçusu Erlinq Haaland "şəhərlilər"lə Çempionlar Liqasını qazanmaq istəyir.

Qol.az xəbər verir ki, bu barədə 22 yaşlı hücumçu özü danışıb. O deyib:

“Əlbəttə, klub Çempionlar Liqasını qazanmaq istəyir. "Mançester Siti" remyer Liqanın son 5 mövsümünün 4-də qalib gəlib. Məni Premyer Liqanı qazanmaq üçün transfer etməyiblər.Çünki onsuz da qalib olmağı bacarırlar. Mən klubun daha sürətli inkişafına və ilk dəfə Çempionlar Liqasını qazanmasına kömək etmək üçün buradayam".

Qeyd edək ki, Haaland 2022-ci ilin yayında "Borussiya"dan (Dortmund) "Mançester Siti"yə keçib. Onun komandası ötən gecə Çempionlar Liqasında 1/8 finalın cavab oyununda Almaniya “Leyptsiq”inə qalib gələrək (7:0, ilk oyun- 1:1) 1/4 finala yüksəlib. Norveçli forvard cavab görüşündə 5 qol vurub.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner