"Napoli"də yeni müqavilə

"Napoli"də yeni müqavilə
XƏBƏR 15 Mart 2023 / 18:58 767
-  A +

"Napoli" futbolçusu Stanislav Lobotka ilə uzunmüddətli müqavilə imzalayıb.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Slovakiya yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti 2027-ci il iyunun 30-na kimi hesablanıb. Müqaviləyə əməkdaşlığın 30 iyun 2028-ci il tarixinədək uzadılması variantı daxildir.

Lobotkanın "Napoli" ilə əvvəlki sözləşməsi 2025-ci ilin yayına qədər idi.

Qeyd edək ki, 28 yaşlı futbolçu bu mövsüm "Napoli"nin heyətində bütün yarışlarda 34 oyuna çıxıb, 1 qol vurub, 1 qolun ötürməsini verib.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner