UEFA Rusiyanın Orta Asiya çempionatında iştirakına qarşı deyil

UEFA Rusiyanın Orta Asiya çempionatında iştirakına qarşı deyil
XƏBƏR 15 Mart 2023 / 18:27 1404
-  A +

UEFA Rusiyanın Orta Asiya çempionatında iştirakının əleyhinə deyil.

Qol.az xəbər verir ki, bu haqda qurumun mətbuat xidmətindən TASS-a bildirilib. UEFA Rusiyanın sözügedən yarışda mübarizə aparmasına qarışmayacaq. Çünki bu, yoldaşlıq turniridir.

Yoldaşlıq oyunları UEFA yarışlarının bir hissəsi deyil və buna görə də UEFA-nın əhatə dairəsi və məsuliyyəti xaricindədir. Bu səbəbdən Rusiya komandalarının yoldaşlıq turnirlərində iştirakı UEFA İcraiyyə Komitəsinin Rusiya komandalarının qurumun himayəsi altında keçirilən yarışlarda iştirakdan kənarlaşdırılması ilə bağlı qərarı ilə ziddiyyət təşkil etmir.

Orta Asiya çempionatı (CAFA‑2023) ilk dəfə 2023-cü ilin iyununda Daşkənd və Bişkekdə keçiriləcək. Yarışın oyunlarının nəticələri FİFA reytinqini kompensasiya etmək üçün istifadə olunacaq.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner