"Real"ın sabiq futbolçusu Quti "Napoli"nin oyunçusu Xviça Kvaratsxeliyaya imzalı formasını göndərib.
Qol.az xəbər verir ki, hədiyyə Xviçaya "Napoli"nin bazasında təqdim edilib. Quti 22 yaşlı yarımmüdafiəçiyə məktub da yazıb. Məktubda bildirilib: “Futbolumu sevdiyin üçün təşəkkür edirəm. Oyunun bir çox uşaqları aşiq edəcək. Ümid edirəm ki, formadan zövq alacaqsan və bütün arzularınız gerçəkləşəcək. Səni "Real"da gözləyirəm. Ümid edirəm ki, tezliklə görüşəcəyik”.
Xviça formanı alandan sonra “Mənim də Qutiyə hədiyyəm var, ona göndərəcəyəm. Forma və bu mesaj üçün çox sağ olun. Siz futbol əfsanəsisiniz. Bu gün mənim üçün vacib bir hadisə baş verdi" - deyə söyləyib.
Bir neçə gün əvvəl Quti öyrənib ki, Xviça onu özünə kumir hesab edir. Buna görə də 46 yaşlı keçmiş yarımmüdafiəçi gürcüstanlı oyunçuya belə hədiyyə göndərib.
Qeyd edək ki, Xviça Kvaratsxeliya 2022-ci ilin yayından "Napoli"də oynayır. O, Azərbayan millisinin sabiq üzvü Badri Kvaratsxeliyanın oğludur.
Mareska özü seçim edəcək
Asiya Çempionlar Liqasının yarımfinalına yüksəldilər
"Biz bir oyun planına bağlı deyilik" - Xabi Alonso
Nuriyev oynadı, komandası məğlub oldu
PSJ "Mançester Yunayted"lə heç-heçəyə razılaşdı
"Tottenhem"dən gedir
"Neftçi" 1-ci liqa klubu ilə qarşılaşdı
"Onlarda məsuliyyət hissi çatışmır"
Millini yenidən çalışdıra bilər
Messinin doğma klubu atasının xatirəsini yad etdi
"Şəmkir"də yeni təyinat
Salah gələr-gəlməz "Trabzonspor"da rekord
"Çelsi" "Milan"a böyük hesabla qalib gəldi
"Yuventus" "İnter"lə bacarmadı
Millinin futbolçusu sıradan çıxdı
"Fənərbaxça" Lukaku ilə razılığa gəldi
Ferran Torres PSJ-də
Bruno Gimaraeş rəsmən "Arsenal"da
Lionel Messiyə ağır itki üz verdi