Qvardiola: "Mançester Siti" hələ də çempionluq yarışındadır"

Qvardiola: "Mançester Siti" hələ də çempionluq yarışındadır"
XƏBƏR 13 Mart 2023 / 18:56 1202
-  A +

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasında çempionluq yarışında "Arsenal"ı favorit hesab edir.

Qol.az klubun saytına istinadən xəbər verir ki, mütəxəssis bu haqda öz açıqlamasında bildirib. Pep London təmsilçisinin çox yaxşı çıxış etdiyini vurğulayıb: “Arsenal” hələ də öndə olduğu üçün favoritdir. Onlar ilk dövrəni inanılmaz dərəcədə yaxşı keçirdilər. Sonra bir qədər geriləmə oldu, amma indi geri qayıdırlar. "Arsenal" uzun illərdir ki, Premyer Liqanın qalibi olmur. Ancaq "Mançester Siti" hələ də çempionluq yarışındadır. Bu, əldə edə biləcəyimiz ən yaxşı kubok və tituldur. Mövsümün sonunda nə olacağını bilmirəm. Amma "Arsenal" da bilir ki, biz qalib gəlmək istəyirik və mübarizə aparacağıq. Bu, əladır”.

Qeyd edək ki, "Arsenal" hazırda turnir cədvəlində 66 xalla 1-ci, "Mançester Siti" isə 61 xalla 2-cidir.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner