"Barselona"nın uğurlu seriyası davam edir

"Barselona"nın uğurlu seriyası davam edir
XƏBƏR 13 Mart 2023 / 09:41 1984
-  A +

"Barselona" La Liqanın 2022/23 mövsümündə uğurlu çıxışını davam etdirir.

Qol.az xəbər verir ki, Kataloniya təmsilçisi keçirdiyi 25 matçın 21-də qələbə qazanıb, 2 heç-heçə edib və 2 dəfə məğlub olub. 

Maraqlıdır ki, "Barselona" bu 25 görüşdə ümumilikdə 8 qol buraxıb. "Opta"nın məlumatına görə, belə nəticə La Liqanın rekordudur. İndiyədək ən yaxşı göstərici 25 görüşə 10 qol buraxmış "Atletiko" (1990/91 mövsümü) və "Deportivo"ya (1993/94 mövsümü) məxsus idi.

Xavinin baş məşqçilik etdiyi kollektiv La Liqanın hazırkı mövsümündə 47 qolla yadda qalıb. 

Qeyd edək ki, "Barselona" hazırda turnir cədvəlində 65 xalla liderdir. Onlar sona 13 tur qalmış ən yaxın izləyiciləri "Real"ı 9 xal qabaqlayırlar. 26-cı turda "Barselona" məhz "Real"la üz-üzə gələcək. Martın 19-da keçiriləcək "El-Klassiko" Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Son "El-Klassiko"da "Barselona" 1:0 hesabı ilə qalib gəlib (İspaniya kuboku, yarımfinal). 

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner